Qorxunc sirr illər sonra ortaya çıxdı - VİDEO

Baxış sayı:
7318

Peruda bir qrup arxeoloq, tarixin bilinən ən böyük uşaq qurban edilmə ayini olduğuna inandıqları təxminən 600 illik bir ritualı araşdırmağa başlayıb.

Bu araşdırmaların nəticəsində isə ölkənin şimallnda, -Las Llamas çölünün altındakı qorxunc sirr ortaya çıxıb.
Uzun müddətli tədqiqat nəticəsində çöldə 140 uşaq skeleti və 200-dən çox lama qalıqları tapılıb.

Alimlər tarixin ən böyük insanlıq qurbanlarındın sübutunu tapıblar.

Ritualın səbəbi bir iqlim fəlakətindən sonra Tanrıların qəzəbini yumşaltmaq olub.

Ritualın 600 il əvvəl edildiyi güman edilir.

Kütləvi məzarın fotoşəkilləri beynəlxalq mətbuat tərəfindən yayılıb.

5 ilə 14 yaşları arasındakı uşaqların kütlə halda qurban edilməsinin səbəbini, araşdırmaçılar o dövrdə yaşanmış olan və 'El Nino-Uşaq' olaraq bilinən fəlakətə bağlayır./metbuat.az