Qorxunc qətl - Otaq yoldaşlarının başını kəsib polisə təslim oldu

Baxış sayı:
631

Türkiyənin Dənizli şəhərində dəhşətli qətl törədilib.
Muxalifet.az Demirören xəbər agentliyinə istinadən xəbər verir ki, şəhər mərkəzindəki evlərdən birində kirayə yaşayan Əfqanıstan vətəndaşı Daşmurad Nazari bir otaqda qaldığı həmyerlilərinin boğazını kəsərək qətlə yetirib. O, daha sonra polis bölməsinə gedərək təslim olub.
Əfqanıstanlı şəxsin dostlarını hansı səbəbdən öldürməsi məlum deyil.
Polis öldürülən 2 nəfərin şəxsiyyətini, sənədlərini və cinayətin motivini araşdırır.