Qorxuducu çıxış: “Vəziyyət çox ciddidir, hər yer yanğın yerinə çevrilə bilər”!

Baxış sayı:
7204

Almaniyanın Xarici İşlər naziri Heiko Maas Yaxın Şərqdəki vəziyyətin çox ciddi olduğunu ifadə edərək hərbi gərginliyin artmasını maneə törətmək üçün hər şeyi edəcəklərini ifadə edib.
 
O, nüvə razılaşmasının həyata keçirilmədiyi təqdirdə bölgənin yanğın yerinə çevrilə biləcəyi xəbərdarlığını edib.
 "Yaxın Şərqdəki vəziyyət çox ciddidir" deyən Maaş, bölgənin yanğına çevrildiyi təqdirdə, xüsusilə Avropanın təhlükəsizliyi üçün ciddi nəticələrə səbəb ola biləcəyini söyləyib.
Bunun üçün bəzən kiçik bir qığılcımın da yetərli olacağını deyən Maas, "Hərbi gərginliyin artmasını əngəlləməyə çalışmalıyıq və çalışacağıq” deyə söyləyib.
İranın indiyə qədər nüvə razılaşmasına uyduğunu vurğulayan Maas, çox tərəfli əməkdaşlığın burada müvəffəq olduğunu söyləyib.
Müxalifət.az