“Qorxu: Tramp Ağ Evdə” kitabı, ABŞ-da satış rekordu qırdı

Baxış sayı:
6160

Amerika ictimaiyyətində mübahisələr yaradan Bob Vudvordun “Qorxu: Tramp Ağ Evdə” adlı kitabı, satışa təqdim olunduğu ilk gündə 750 mindən çox satılaraq öz sahəsində bir rekorda imza atıb.
 
Kitabın naşiri Simon Şuster tərəfindən edilən açıqlamada, dünən rəflərdəki yerini alan kitabın ilk 24 saatda 750 mindən artıq satıldığı və bu sahədə uzun zamandır görünməmiş ciddi bir uğurun əldə edildiyi qeyd olunub. Nəşriyyatının rəhbəri Conatan Karp, kitabın uğuru ilə bağlı, "Bu, mədəni bir fenomendir. İnsanların bu mövzuda böyük bir iştahaya sahib olduğu çox açıqdır" deyib.
 
ƏN SÜRƏTLƏ SATILAN KİTAB
 
ABŞ-ın aparıcı kitab mağazalarından Barnes&nobles də kitabın 2015-ci ildə çap olunan "Zikr Ağacının Kölgəsində" (Go Set a Watchman) adlı romandan sonra ən sürətli satılan kitab olaraq qeydlərə girdiyini açıqlayıb.
Qeyd edək ki, ABŞ prezidenti Trampın prezidentliyinin ilk ilini izah edən Maykl Wolff imzalı "Atəş və Qəzəb: Tramp Ağ Evinin İçindən" adlı kitab da yanvar ayında intensiv mübahisələrə səbəb olmuş, Tramp, kitabın dərc olunmaması üçün nəşriyyat evinə xəbərdarlıq məktubu göndərmişdi.
Müxalifət.az