"Qorbaçov danışmaq əvəzinə, türməyə salınmalıdır" - ZÜQANOV

Baxış sayı:
2418

Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov SSRİ-nin keçmiş lideri Mixail Qorbaçovun yenidənqurmadan peşman olmaması barədə açıqlamasına sərt münasibət bildirib.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Züqanov Qorbaçovun ölkəni parçaladığını, ölkənin, böyük gəminin sükanını sındırdığını qeyd edib.

O, vurğulayıb ki, SSRİ-nin keçmiş lideri, yenidənqurma ilə bağlı müqayisə aparmalı deyil, türməyə salınmalıdır.