​Qorbaçov Buşla görüşündən danışdı: Minlərlə nüvə silahı

Baxış sayı:
286

Corc Buşla birlikdə ABŞ və SSRİ arasında əməkdaşlığın təməlini qoymağa nail olduq.
Muxalifet.az xəbər verir ki, bu sözləri SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov dünyasını dəyişən ABŞ-ın 41-ci prezidenti Corc Buşla bağlı xatirələrini “Taym” jurnalına danışarkən deyib.
Qorbaçovun sözlərinə görə, hazırda dünya yeni bir qütbləşmə və silahlanma yarışının astanasında olduğu üçün keçmişdə əldə olunan uğurlar da təhlükə altındadır.
“25 dekabrda SSRİ rəhbərliyindən ayrıldığımı açıqlamazdan bir neçə saat əvvəl baş tutan telefon danışığımızı çox yaxşı xatırlayıram. Əməkdaşlığımızın nəticələrini nəzərdən keçirdik. Əsas nailiyyətimiz həm strateji, həm də taktiki olmaqla minlərlə nüvə silahının məhv edilməsini nəzərdə tutan razılıq idi. İkimiz birlikdə dünyanın fərqli bölgələrindəki münaqişələrin başa çatmasına töhfə verdik. Ölkələrimiz arasında əməkdaşlığın təməlini atdıq. Bu tarixi nəticələr hazırda təhlükə altındadır. Dünya yeni bir qütbləşmə və silahlanma yarışının astanasındadır”, - Qorbaçov qeyd edib.