"Qorbaçov bu qiyamı özü təşkil etmişdi" - RUS İDEOLOQ

Fövqəladə Vəziyyətlə bağlı Dövlət Komitəsi (QKÇP) SSRİ-nin dağıdılması oyununun bir hissəsi idi.
 
Bunu “Rossiya 1” televiziyasında çıxışı zamanı rusiyalı yazıçı ideoloq Aleksandr Proxanov söyləyib.
“QKÇP üzvlərinə yaxın olan insanlardan biri Tizyakov Aleksandr İvanoviç mənə deyirdi ki, bu qiyam Qorbaçovun iştirakı ilə formalaşdırılıb. Bəzi QKÇP üzvləri hətta Qorbaçov tərəfindən bu siyahıya daxil edilmişdi”, – deyə o bildirib.
Qeyd edək ki, 1991-ci ilin 19 avqustunda SSRİ-nin bəzi liderləri hakimiyyəti ələ keçirdiklərini və prezident Mixail Qorbaçovun devrildiyini elan etdilər. Onların bu cəhdi 3 gün sonra iflasa uğradı.