​Qorbaçov ata Buşu təriflədi: “O zamanlar böyük dəyişiklik dönəmi idi və...”

Baxış sayı:
4047

Sabiq Sovet İttifaqı lideri Mixail Qorbaçov şənbə günü sabiq ABŞ prezidenti Corc Buş atanın ailəsi və bütün Amerika xalqına başsağlığı göndərib. Qorbaçov 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlində Soyuq Müharibəyə son qoymaq üçün Buşla yaxından işləyib və sabiq prezidentin siyasətçi qabiliyyətləri və bir insan olaraq şəxsiyyətini tərifləyib.
“O zamanlar böyük dəyişiklik dönəmi idi və hər kəsdən çox böyük məsuliyyət tələb olunurdu. Nəticədə Soyuq Müharibə və nüvə silahları yarışına son qoyuldu” – deyə, o İnterfaks xəbər agentliyinə bildirib.
Qorbaçov deyib ki, o və həyat yoldaşı Raisa “Corc və Barbara Buş, habelə onların ailələrinin diqqəti, mehribanlığı və sadəliyini dərin qiymətləndirirdi”.
Həmin illərdə Qorbaçovun tərcüməçisi vəzifəsində çalışan Pavel Palajçenko bildirib ki, onların ortaq məxrəc və qarşılıqlı anlayış tapmaq cəhdləri ABŞ-Rusiya münasibətlərində tarixi baxımdan böyük nailiyyərtlərə gətirib çıxarmışdı.
“Buş hər zaman hər şeyə balanslı yanaşma axtarırdı. O, tələsmirdi və hər şeyi nəzərə alırdı. O, hər zaman çox gözəl məlumatlandırılırdı. Qorbaçov da elə idi və onlar birlikdə ümumi məxrəc axtarırdılar”, o deyib.
Palajçenko deyib ki, Buşu digər prezidentlərdən fərqləndirəm onun Qorbaçovun siyasi vəziyyətini dərk etməsi idi.
“O, bir çox baxımdan Ronald Reyqandan fərqlənirdi. Reyqan intuisiyaları ilə hərəkət edən siyasətçi idi, Buş isə analitik və bəzi hallarda daha çox siyasi idi. O Şərqi Avropada baş verən hadisələrin Qorbaçov üçün asan olmadığını anlayırdı”, Palajçenko Associated Press-ə bildirib.
Bu cür münasibət Buş və Qorbaçova ABŞ-Rusiya arasında tarixin ən mühüm silahlara nəzarət razılıqlarını əldə etməyə imkan yaratdı. Onlar silahların azaltmağın iki ölkə arasında sabitliyin təməli olduğunu anlayıb.
ABŞ prezidenti Corc Buş ata və Sovet lideri Mixail Qorbaçov
ABŞ prezidenti Corc Buş və Sovet lideri Mixail Qorbaçov
Bu dərs ABŞ və Rusiya arasındakı münasibət Soyuq Müharibə dövründən bəri ən aşağı nöqtəsində olduğu bir vaxt daha da mühümdür. Prezident Donald Tramp və Vladimir Putin nüvə silahlarına böyük sərmayelərə çağırıb, bu isə silah yarışının yenidən başlamaq riskini artırır.
“Qorbaçov və Buş göstərdi ki, silahların azaldılması məsələsində əməkaşlığın vəziyyət və iki ölkə arasındakı münasibət üzərində sabitləşdirici təsiri ola bilər”, Palajçenko deyib.