Qonşusu saxta sənədlə torpağını zəbt edib, şikayətinə baxan yoxdur - PREZİDENTƏ ŞİKAYƏT

Baxış sayı:
10300

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin sakini Əsədov Abı Əsəd oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır: “Uzun müddətdir ki, Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yaşayıram. Həmişə təsərrüfatla məşğul olub, ailəmi dolandırmışam. Vaxtılə evimin yanındakı yerli bələdiyyəyə məxsus olan 0.08 ha torpaq sahəsindən 2002-ci ildən bəri istifadə etmiş, daha sonra Aşağı Güzdək Bələdiyyəsinə müraciət edərək həmin ərazinin mənə verilməsini xahiş etmişəm. Və qanunamüvafiq olaraq istifadə etdiyim həmin ərazi yerli bələdiyyə sənədlərinə uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinin plan və ölçüsü təsdiqlənmiş və uyğun olaraq RX seriyalı, 1030244 nömrəli çıxarış verilmişdir. Bütün bunlara baxmayaraq, qonşum Dostəliyev Şahin Vəfalı oğlu uzun illərdir ki, mənim mülkiyyətimdə olan 0.08 ha torpaq sahəsini qanunsuz yollardan istifadə etməklə, zorakılıqla zəbt etməyə çalışmış və buna qismən də olsa faktiki olaraq nail olmuşdur. Belə ki, o, mənə məxsus ərazinin 0.02 ha hissəsini qohumu olan birisinə satmışdır. Özünə verilmiş 0.08 ha bələdiyyə torpağının yanındakı ərazini də zəbt edərək, etibarnamə əsasında Natiq Mahmudov adlı birisnə satmışdır. Bu şəxs də ona etibarnamə əsasında satılmış torpaq sahəsində ev tikib və yaşayır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədr müavini Azad Nağıyevin 04 aprel 2014-cü il tarixli məktubunda bir daha təsdiq edilir ki, “ Mütəxəssilər tərəfindən ölçmə-dəqiqləşmə işləri aparılarkən müəyyən olunmuşdur ki, Şahin Dostəliyev tərəfindən ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.08 ha torpaq sahəsində yaşayış evi tikilmişdir. Bundan başqa onun Natiq Mahmudova satdığı 0.032 ha torpaq sahəsində hazırda tikinti işləri aparılır ki, bu da ümumilikdə 0.12 ha sahəni əhatə edir. Həmin sahəyə bitişik olan 0.08 ha mübahisəli torpaq sahəsi isə boş və istifadəsiz olsa da yerli icra nümayəndəsi F.babayevin 14.06.2007-ci il tarixli, 184 saylı arayışında həmin boş ərazidən bir neçə il ərzində Abı Əsədovun şəxsi təsərrüfatı üçün istifadə etdiyi göstərilmişdir. Araşdırma zamanı həmin 0.08 ha torpaq sahəsinin Ş.Dostəliyevə ayrılması və ona məxsusluğunu təsdiq edən sənəd olmadığından A.Əsədov tərəfindən istifadə olunmuş həmin yerin onun tərəfindən zəbt olunması faktı müəyyən edilməmişdir”. Göründüyü kimi, uzun illər istifadə etdiyim mübahisəli ərazini zəbt etməyə çalışan Ş.Dostəliyev həmin ərzinin 0.02 ha hissəsini də özbaşına digər qohumuna ev tikmək üçün satmış və bu günə kimi məhkəmələrə üz tutmaqla mübahisəli yeri mənim əlimdən almaq istəmişlər. Lakin yerli və Sumqayıt Apellyasiya Məhkəmələri də onların iddialarını təmin etməmiş və mübahisələndirilən ərazinin mənim mülkiyyətimdə olduğu bir daha təsdiqlənmişdir. Bu arada Ş.Dostəliyev özünə məxsus olan və mənim qonşulumda yerləşən 0.08 ha onun adına verilmiş bələdiyyə torpağının sənədlərinin DƏDRX-nin yerli 4 saylı Ərazi İdarəsinə təqdim etməklə, məhz mənə məxsus olan 0.08 ha ərazinin koordinatları daxilindəki yerə çıxarış almağa cəhd etmişdir. Və bu zaman Ş.Dostəliyev özünə məxsus olan bələdiyyənin yerquruluşu planından çıxarış sənədi əvəzinə, məhkəmədən gizli olaraq götürdüyü və mənə məxsus olan bələdiyyənin yerquruluşu planından çıxarışı öz sənədləri arasına daxil edərək reystr Xidmətinə təqdim etmişdir. Və nədənsə Yerli 4 saylı reyestr Xidmətinin qazdan ayıq mütəxəssiləri sənədləri yoxlayıb, icraata qəbul edərkən həmin yerquruluşu sənədində mənim ad və soyadımın yazılmasına diqqət etməmişlər. Və bu ilin oktyabr ayında yerli Reyestr Xidməti Ş.Dostəliyevə imtina məktubu göndərərək əsas kimi qeyd etmişdir ki, “təqdim etdiyiniz yerquruluşu planından çıxarışa əsasən ərazi Əsədov Abı Əsəd oğluna məxsusdur.” Bu cavab məktubundan sonra qonşum Ş.Dostəliyev son əlac kimi ərazi üzrə Abşeron Polis İdarəsinə məndən şikayət yazmaqla mülkiyyətimdə olan ərzini ələ keçirmək planını işə salmışdır. Budur, onun şikyayəti əsasında Abşeron RPİ-nin müstəntiqi, polis kapitanı ayaz adlı şəxs məndən izahat almışdır. Mən ona şikayətin əsassız olduğunu və öz sənədlərinin arasına mənə məxsus yerqurulu planından çıxarışı Poisə təqdim etdiyini bildirdim və onun əsl yerquruluşu planından çıxarışı da müstəntiqə təqdim etdim. Müstəntiq əvvəlcə çaş-baş qaldı. Və qeyd etdi ki, şikayətçi kimi dolayır? Mən də dedim ki, Sizi. Mənə məxsus yerquruluşu planının sonunda mənim adımın soyadımın yazıldığı görünmürümü ki? Və maraqlı burasıdır ki, həmin sənəddə yerli bələdiyyənin təsdiq etdiyi möhür yeri sənədi bir neçə dəfə kopiya etməklə silməyə nail olmuşdur. Bir sözlə, mənə məxsus sənədi öz adına istifadə etməklə bu dəfə polisin əlilə mübahisələndirilən və mənim mülkiyyətimdə olan torpağı şər-böhtanla məndən almaq istəyir. Düzdür, sonrakı günlərdə polis Ayaz qarşı tərəflə gəlib əraziyə baxış keçirmiş və bu zaman Ş.dostəliyevin bütün qohum-əqrəbaları əraziyə gələrək qışqır-bağır salmışlar ki, bu ərazi də bizim olmalıdır. Polis də onların hər bir qışıqırığını səbrlə dinləyir və razılığını bildirirdi. Amma gözlərilə gördüyü 0,012 ha ərazini necə mülkiyyət sənədi olmadan istifadə etdiyini, qanunsuz evlər tikdiyini və mənə mülkiyyətimdə olan ərzidən 0.02 ha ərazini yaxın qohumuna necə satması və qanunsuz ev tikməsi səbəbini heç aydınlaşdırmaq istəmədi. Və gəldiyi kimi də onların avtomobilinə minərək ərazidən anaməlum istiqamətdə uzaqlaşdılar. İstintaq zamanı polis kapitanı bizi üzləşdirməmiş, sənədlərə əhəmiyyət verməmişdir. Məndə olan məlumata görə, Ş.Dostəliyev yalnız bu yolla polis sistemində olan qohum-tanışlarının köməkliyilə mənə hansısa yolla cinayət işi açdırıb, sonra bunun qarşılığında mülkiyyətimdə olan 0.08 ha torpaq sahəsini “öz xoşumla” onlara verməyimi planlaşdırıblar. Və əsassız aparılan istintaq hərəkətləri də artıq bunu deməyə əsas verir. Çünki, müstəntiqə təqdim etdiyim saxta sənədə əsaslanan şikayətçini ifşa etsəm də, xeyri olmadı və istintaq davam edir. Əslində müstəntiq işə ədalətli yanaşsaydı şikayətçi üçün sənəd saxtalaşdırması və yalandan bilə-bilə əsassız şikayət verməyə görə Ş. Dostəliyevə cinayət işinin başlanması barədə qərar qəbul etməliydi. Lakin çox təssüflər olsun ki, işlər hazırda əksinə baş verməkdədir. Cənab Prezident və cənab daxili işlər naziri! Çox xahiş edirəm ki, hazırda Abşeron Rayon Polis İdarəsində Şahin Dostəliyevlə müstəntiq Ayazın gizli sövdələşmələri nəticəsində mənim barəmdə açılacaq cinayət işinin başlanması barədə əsassız qərar qəbul edilənədək Sizin şəxsi nəzarətiniz altında işin başqa təcrübəli, savadlı və ədalətli digər müstəntiqə verilməsi barədə göstəriş verəsiniz”. Muxalifet.az Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.