​Qonşularımıza ÇAĞIRIŞ: “Sərhədləri bağlayın!”

İraq Xarici İşlər Nazirliyi Türkiyə və İrandan Şimali İraq kürd muxtariyyəti ilə sərhəd-keçid məntəqələrini bağlamağı xahiş edib.
“Anadolu” agentliyi xəbər verir ki, bu haqda nazirliyin sözçüsü Əhməd Mahcubun yazılı bəyanatında deyilir.
Onun sözlərinə görə, İraq Xarici İşlər Nazirliyi Türkiyə və İranın Bağdaddakı səfirliklərinə rəsmi məktub göndərərək sərhəd-keçid məntəqələrinin bağlanmasını və neft ixracı başda olmaqla, ticari əməkdaşlığının məhdudlaşdırmasını istəyib.
Məktubda deyilir ki, yaxşı qonşuluq əlaqələri, İraqın suverenliyinə hörmət, ikitərəfli əməkdaşlığın gücləndirilməsi və ümumi təhlükə ilə mübarizə kimi prinsiplər əsas götürülməlidir.