Qonşular arasında dava bıçaqlanma ilə bitdi

İsrail Səfərov dava zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilib
 
Bakıda qonşular arasında dava olub.
Hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 40 yaşlı Səfərov İsrail Elbrus oğlu ilə qonşusu arasında yaranmış mübahisə sonradan əlbəyaxa davaya çevilib. Dava zamanı İ.Səfərov bıçaq xəsarəti alıb.
O, xəstəxanaya yerləşdirilib.
Fakt Yasamal Rayon Polis İdarəsində araşdırılır.