​Qonşuda xəbərdarlıq: Bu virusun yayılma riski böyükdür

Baxış sayı:
11929

Gürcüstanda qızılca virusunun yayılma riski böyükdür. İnsanlar könüllü olaraq kütləvi şəkildə peyvənd olunmalıdırlar.
Muxalifet.az xəbər verir ki, bu sözləri Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri David Sergeyenko xalqa müraciətində deyib.
Nazir deyib: "Ölkəmizdə qızılca ilə bağlı təhlükə hələdə mövcuddur. Mən bir daha əhaliyə müraciət edirəm və onları peyvənd olmağa çağırıram”.
Nazir bildirib ki, bu gün ölkədə 120 min vətəndaş peyvənd olunub. Lakin bu qızılcaya qarşı kəsərli mübarizə üçün yetərli deyil. Bu xəstəliyə qarşı mübarizənin daha səmərəli olması üçün ən az 300 min vətəndaşın qızılcaya qarşı peyvənd olması lazımdır.
Nazirin sözlərinə görə, 2019-cu ilin yanvar-aprel ayları ərzində 3172 nəfər qızılcaya yoluxub. Bu göstərici 2018-ci ilin göstəricilərini üstələyir. Həkimlər hər gün 15-25 yeni yoluxma faktları ilə qarşılaşırlar. Bu da həyəcan doğurur. Mütəxəssislərin fikrincə qızılcanın yayılmasını yalnız kütləvi peyvəndləmə ilə almaq olar.