​Qonşu ölkədə prezident seçkiləri nə vaxt keçiriləcək? - Dəqiq tarix

Baxış sayı:
3466

Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Georgi Marqvelaşvili keçirdiyi brifinqdə bildirib.
Bununla da seçkilərə rəsmən start verilib.
Məlumat üçün qeyd edək ki, bu il Gürcüstanda seçkilər dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkilər olacaq. Prezident altı il müddətinə seçiləcək və 6 ildən sonra Gürcüstan tam olaraq parlament respublikasına çevriləcək, prezident isə seçicilər kollegiyası tərəfindən seçiləcək.