​Qonşu ölkədə həyəcan təbili: Küçəyə çıxmayın...

Baxış sayı:
1927

Tehranda havanın həddindən artıq çirklənməsinə görə ürək və ağciyər xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımızın küçəyə çıxmamaları tövsiyə olunur.
Muxalifet.az xəbər verir ki, bu sözləri İran Səhiyyə Nazirliyinin İqlim Dəyişikliyi dairəsinin sədri Abbas Şahsuni deyib.
"Küçədə çalışan vətəndaşlarımızın və idmançıların da açıq havada çox vaxt keçirməmələri məsləhətdir", - o bildirib.
Qeyd edək edək ki, mütəxəssislər Tehranın hava çirkliliyinə görə ilk 12 şəhər arasında olduğunu bildirirlər.