​Qondarma respublikanın rəhbəri istefa etdi

Ukraynada qondarma “Luqansk Xalq Respublikası”nın (LXR) rəhbəri İqor Plotnitski istefa verib.
Muxalifet.az xəbər verir ki, bu barədə LXR-nın yaydığı məlumatda bildirilib. Verilən məlumata görə, dövlət təhlükəsizliyi naziri Leonid Paseçnik bildirib ki, artıq İqor Plotnitski istefasını rəsmi şəkildə yazıb.
“LXR yeni rəhbər seçkilərinə hazırlaşır. Seçkilərə qədər rəhbərliyi özü edəcəyəm”, - deyə Leonid Peseçnik bildirib.