​Qondarma rejimin rəhbəri RUSİYAYA QAÇDI

Qondarma Luqansk Xalq Respublikasının rəhbəri İqor Plotniksi Rusiyaya qaçıb.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukrayna Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Artyom Şevçenko paylaşıb.
Qeyd edək ki, ötən gün Luqanskda rəsmi binalar hərbçilər tərəfindən ələ keçirilib. Rusiya mətbuatı binaları ələ keçirən şəxslərin Daxili İşlər naziri İqor Kornetin adamları olduğunu iddia edib.