​Qondarma rejimdə şok: BÜTÜN PROKURORLAR HƏBS EDİLDİ

Qondarma Luqansk Daxili İşlər Nazirliyi Baş Prokurorluğun bütün yüksək vəzifəli əməkdaşlarını həbs edib.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Novaya qazeta” özünün etibarlı mənbələrinə istinadən yayıb.
Qəzet həbs olunan 20 nəfər arasında baş prokuror, hərbi prokuror və onların müavinlərinin olduğunu bildirib. Həbs edilənlər parlamentin binasına gətirilib. Prokurorların həbsi Daxili İşlər naziri İqor Kornetin separatçı rejimin lideri İqor Plotnitskiyə baş prokurorun ona verilməsini tələb etdikdən sonra gerçəkləşib.
Qeyd edək ki, ötən gün Luqanskda rəsmi binalar hərbçilər tərəfindən ələ keçirilib. Rusiya mətbuatı binaları ələ keçirən şəxslərin Daxili İşlər naziri İqor Kornetin adamları olduğunu iddia edib. Bundan sonra Plotnitski qondarma respublikadan qaçıb.