"Qonaqlar 250 nəfərdən çox olmamalı..." - ÖZBƏKİSTANDA TOYLAR HAQDA QANUN QƏBUL EDİLDİ

Baxış sayı:
3786

Qonaqlar 250 nəfərdən çox olmamalı, maksimum iki musiqi qrupu, ən çoxu üç lüks avtomobil - bu, Özbəkistan parlamentinin ifrat xərcləmə və sosial nifaqın qarşısını almaq məqsədilə qəbul etdiyi yeni toy mərasimləri qaydalarıdır.

Paytaxtda və ya digər böyük şəhərlərdə yaşayan orta özbək vətəndaş ayda $200-300 dollar arasında maaş alır. Lakin gəlin və kürəkənin ailələri çox vaxt toy mərasiminə $20,000 xərcləyir.

Bu məbləğdə pulların əldə edilməsi isə sonrakı illərdə böyük əziyyətlərə qatlaşaraq qaytarılması lazım gələcək borclara səbəb olur.

"Toylarımız heç bir müharibə olmadan ölkəni məhv edə biləcək səviyyəyə çatıb," yerli senator İqbal Mirzo ötən cümə günü bildirib və yeni qaydaların gələn ildən qüvvəyə minəcəyini deyib.

Bir çox özbək əsasən Rusiya olmaqla ailələrini dolandırmaq üçün xaricdə işləyir. Onların qazandıqları pullar əsasən evin təmirinə və toy mərasimlərinə xərclənir. ("Amerikanın səsi")