Qocalar evinin bütün sakinləri “Pfizer” peyvəndindən sonra koronavirusa yoluxdular

Baxış sayı:
859

İspaniyanın Laqartera şəhərinin qocalar evində koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Burada yaşayan 78 nəfərin hamısı xəstələnib. Maraqlısı isə odur ki, yaşlıların hamısı “Pfizer” peyvəndi vurulduqdan sonra virusa yoluxublar. Onlardan yeddisi artıq vəfat edib.  

Bu barədə Rusiyanın NTV telekanalı məlumat yayıb. Məlumatda bildirilir ki, qocalar evinin sakinləri yanvarın 13-də vaksinasiya olunublar.

İlk günlərdə 9 nəfərdə koronavirus əlamətləri aşkar olunub. Sonradan xəstəlik tədricən müəssisənin bütün sakinlərinə keçib.

Hazırda dörd nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.