Qobustan sakinlərindən PREZİDENTƏ MÜRACİƏT – Saxta diplomlu bələdiyyə sədri Əkbər Musayevin ŞOK ƏMƏLLƏRİ...

Baxış sayı:
5191

Qobustan rayonu, Qaracüzlü kənd sakinlərindən Kamilov Kamal Nəbi oğlu, Mirzəməmmədov Mehdibala Heybət oğlu, Məcidov Sakit Mirbala oğlu, Muradaov Oktay Muradxan oğlu Abdullayev Soltan Abdulla oğlu  Xalıqov Təbriz Babazadə oğlu, Hüseynov İbrahim Məhəmmədəli oğlu, Yusifov Əzim və digəri tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Surəti prezident İlham Əliyevə və difər səlahiyyətli şəxslərə göndərilən məktubda şikayətçilər yazırlar:
“Vaxtilə Qobustan rayonu Qurbançı kənd bələdiyyəsinin sədri olmuş Musayev Əlikram Ələkbər oğluu vəzifəyə təyin olunandan sonra himayədarları məsləhət görmüşlər ki, təcili surətdə özünə bir ali təhsillə bağlı diplom təşkil etsin. Hələ əlinin aşağı olduğu vaxtlar o, naəlac qalıb Xarkovda bir tanışının vasitəsilə instituların birinə adını yazdıra bilir. Bir neçə ildən sonra 55 yaşında aldığı formal təhsili təsdiq edən diplomu Təhsil Nazirliyində tanıdıb, şəhadətnamə ala bilmir. Elə bu gün də TN-nin rəsmi internet saytına müraciət edildikdə, onun Xarkov şəhərində aldığı saxta diplomun tanınması faktı rəsmən qeydə alınmamışdır.
Ə.Musayev bələdiyyə sədri işlədiyi 2005-ci ildə arvadı Musayeva Nəsibə Qara qızının adına Abşeron rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən, Müşviq qəsəbəsi yaxınlığında, hazırda qaçqınlara salınan şəhərciyə bitişik 20 ha kənd təsərrüfatlı ərazini 15 il müddətinə icarəyə götürsə də, dərhal bu ərazinin 17.5 ha-nı hər sotunu 1500-2000 manat civarında fiziki şəxslərə ev tikmək üçün satmağa başlayır. Hal-hazırda bu ərazinin elə 20 ha-da bir kv.m də olsa boş torpaq sahəsi qalmamışdır.
Bütün ərazidə qanunsuz evlər inşa olunmuşdur. Təkcə bu irimiqyaslı korrupsiya əməli barəsində mən Kamal Kamilov 2011-ci ildən indiyədək yuxarı dövlət orqanlarına, əsasın də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə dəflərlə məlumatlar vermişəm. Əlaqədar təşkilatlar – Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Əmlak Məslələri üzrə Dövlət Komitəsinin komissiyası yerində baxış keçirməklə dövlət torpağında qanunsuz tikililərin olması faktlarını araşdırıb təsdiq etmişlər. Faktlar təsdiq olunduqdan sonra yenidən Korrupsiya İdarəsinə müraciət etmişəm. Nəhayət İdarənin rəisi cənab Kamran Əliyev məni bu məsləilə əlaqədar şəxsən qəbul edib məsləni nəzarətə götürdü.
Cinayət Məcəlləsinin 178.3.2 maddəsi üzrə istintaq başa çatdıqdan sonra istintaqın davam etməsi Qaradağ rayon Prokurorluğuna həvalə edildi. Düz 6 dəfə Ə.Musayevin arvadı Nəsibə Musayevanın adından süi-istifadə etməklə qanunsuz torpaq alverilə bağlı aldatdığı çoxsaylı vətəndaşlardan alınan pul vəsaitinə görə işin araşdırılması Qaradağ Rayon Polis İdarəsinin müstəntiqi cənab İftixar Əhmədova tapşırılsa da, hər dəfə eyni müstəntiq cinayət işinin başlanmasının rədd edilməsi barədə QƏRAR qəbul edərək Prokurorluğa təqdim etmişdir. Bu cəzasızlıqdan ruhlanan Əlikram Musayev sonralar daha ağır cinayətlərə əl ataraq öz doğma kənd camaatına məxsus yüz hektarlarla pay torpaqlarını saxta sənədləşmələrlə kənar fiziki şəxslərə satmaqla məşğul olmuşdur.
Belə ki, Biz, Qobustan rayon Qaraçüzlü kənd sakinlərinə  yerli Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli qərarına əsasən yaşadığımız kənd ərazisinə aid kənd təsərrüfatlı torpaqlardan pay torpaqları dövlət tərəfindən əvəzsiz olaraq verilmişdir. Kəndimizin daxil olduğu Qurbançı bələdiyyəsinin sədri olmuş Əlikram Musayev kəndin 40-a yaxın təsərrüfat rəhbərindən (ailə başçısı) onlara verilmiş pay torpağn Dövlət Aktında ediləcək düzəliş adı altında hamısını toplamış və 2006-cı ilin aprelin 2-də Bakı şəhəri, Mustafayev küçəsi,ev 27, mənzil 36-da yaşayan Məmmədov Malik Xeyrulla oğlu ilə gizli sövdələşərək 1 ha-I özünün dediyi kimi 200 manata saxta sənədlərlə sataraq bizə külli-miqdarda ziyan vurmuşdur. Belə ki, bələdiyyə sədri Ə.Musayev Qobustan Notariat kontorunun rəisi olmuş T.Seyidovla əvvəlcədən razılaşaraq alqı-satqı müqaviləsi bağlamaq üçün bizim, 40 ailə başçısının adından öz adına etibarnamə və ailə üzvlərinin hər birinin adından razılıq ərizələri tərtib edərək eyni reyestr nömrəli 02 aprel 2016-cı il tarixli 2 ədəd alqı-satqı müqaviləsi tərtib etmişlər. Birinci müqavilədə 6 nəfər, ikinci müqavilədə isə 32 nəfər təsərrüfat rəhbərinin adları qeyd edilmişdir.Müqavilənin saxtalığını sübut edən məqamlardan biri budur ki, 32 nəfəri adı yazılmış alqı-satqı müqaviləsində alıcının imzası və adı göstərilmir. Belə bir saxta müqavilə əsasında alıcı M.Məmmədov 2008-ci ilin aprelin 21-də 14 saylı DƏDRX-nın Şamaxı rayon Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatı haqqında MH seriyalı 4 ədəd çıxarış almışdır.M.Məmmədovun adına cəmi 526,74 hektar torpağa mülkiyyət hüququna dair sənəd verilmişdir.
Torpaq mülkiyyətimizin tam ələ keçirilməsi barədə Biz kənd cammatı yalnız 2016-cı ilin oktayabr ayında əlimizdə olan Dövlət aktı əsasında çıxarış almaq istərkən ƏMDKDƏDRX-nin 14 saylı Ərai İdarəsinin 08 noyabr tarixli cavab məktubundan aydın olmuşdur ki, “bizlərə məxsus torpaq sahələri 02 aprel 2006-cı il tarixdə Qobustan rayon DNK-da təsdiq olunmuş 4-ə-13 nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhər sakini Məmmədov Malik Xeyrulla oğlunun adına JN-571, kod 30708038 saylı Dövlət aktı hazırlanmışdır. Torpaq sahələr hazırda başqa mülkiyyətçinin adına qeydiyyata alındığı üçün həmin torpaqların üzərində sizing mülkiyyət hüququnuzun qeydiyyata alınması qeyri-mümkündür.” Rəsmi cavab məktubundan bizlərə aydın olmuşdur ki, torpaqlarımız dəlduzluq yoluilə - etimadımızdan süi-istifadə edən bələdiyyə sədri tərəfindən razılığımız olmadan digər şəxsə satılmışdır. Və çox təəssüflər olsun ki, orqanlara etdiyimiz müraciətlər nəticəsiz qalmışdır. Məsləni araşdırdığımız zaman bizlərə o da məlum olmuşdur ki, “Alıcı” hesab olunan Malik Məmmədov ələ keçirdiyi 526 ha torpağımıza görə son 10 ildə saxta sənədlərlə taxıl əkmək adıilə dövlətdən hər hektarına 90 manat olmaqla təxminən hər il 36-45000 manat pulu dövlətdən subsidiya alaraq mənimsəmişdir
1. Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini cənab Canpolad Danovun bizə yazdığı 07 mart və son dəfə 08 may 2018-ci il tarixli rəsmi cavab məktubundan aydın olur ki, “ Qobustan Rayon polis Şöbəsində toplanan materiallar üzrə Qobustan Rayon Prokurorluğunda araşdırma davam edilərkən cinayət hadisəsninin olmadığını və cəlb etmə müddətinin keçdiyinə görə AR cinayət Prosessual Məcəllənin 39-cu maddəsinin 1.2 və 1.3-cü hissələrinə əsasən cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir.” Qobustan Rayon prokurorluğu və Qobustan polis Şöbəsi isə gəldikləri və verdikləri əsassız qərarın bir nüsxəsini Qobustan rayonun Qaracüzlü kəndinə göndərməkdə zülm çəkirlər.
Biz DİN-nin rəsmi cavabına əsasən bir daha qeyd etmək istərdik ki, torpaqlarımıza Şamaxı Reyestr İdarəsindən 2016-cı ildə müraciət edərək çıxarış almaq isrtərkən rəsmən bildirmişlər ki, Sizlərə məxsus torpaq sahələri 2006-cı ildə Məmmədov Malik Xeyrulla oğlunun adına 526 ha torpaq sahəsinə çıxarış verilmişdir. Biz də hüquqlarımızın pozulduğunu bildikdən dərhal sonra yerli və yuxarı orqanlara şikayətlər etmişik. Daha nə etməli idik ki? Bəs Prokurorluğa təqdim olunan Şamaxı Reyestr İdarəsinin 2016-cı il tarixli rəsmi məktubunu niyə nəzərə almadan belə bir əsassız qərar qəbul edib? Bəs prokuror öz vəzifə səlahiyyətini icra etməklə niyə son 10 il ərzində dövlətdən 526 ha torpaq sahəsinə görə dövlət büdcəsindən “formal” sənədləşmə əsasında oğurlanmış hər ili üçün 45000 manat dövlət vəsaitinin geri qaytarılması barədə niyə cinayət işi qaldıra bilmir? Əkilmiş taxılı kim və nə vaxt görüb? Görübsə kimə satılıb və nə qədər dövlətə vergi ödənilib? Bütün kənd sakinləri özləri Allah şahididir ki, onlara məxsus yüzlərlə hektar torpaq sahələrində heç vaxt bir kv.m də olsa taxıl əkilməmişdir. Bunu kənd təsərrüfatı mütəxəssisləri olan ekspertlər də yerində baxış keçirib rəy verə bilər. Digər tərəfdən DİN BİSTİ idarəsinin rəis müavini cənab Canpolad Daanova nəzərinə çatdırmaq istəyirik ki, yuxarı direktiv orqanlara göndərdiyimiz və Kənd Təsərrüfatı Nazirliyinin rəsmi veb saytına istinadən Subsidiyaların verilməsilə bağlı təqdim etdiyimiz rəsmi sənədlər 2015-2017-ci illəri əhatə edir. Və bu fakt Sizin əsaslandığınız CPM-nin 39.1.1 və 39.1.3 maddələrinə uyğun gəlmir. Niyə DİN-nin rəis müavini korrupsiyalaşmış mütəşəkkil dəstənin son 10 il ərzində dövlətdən taladığı milyonlarla manat mənimsənilən dövlət vəsaitinə belə bir don geyindirmək istəyir? Ona görə də dövlətdən son illər talanan pulların konkret kimlər tərəfindən həyata keçirildiyini bir daha cənab Daanova xatırlatmaq istərdik:
2015-ci il üzrə Qobustan rayonun Qaracüzlü kəndi üzrə: Malik Məmmədov-404 ha-a görə 20200AZN, Musayev Əlikram Ələkbər oğlu 148 ha, alıb 7400AZN,(bələdiyyə sədridir), Əlikramın qardaşı Musayev İlyas Ə. 77 ha alıb 3850 AZN, Əlikramın qardaşı –Musayev Vahid Ə.10 ha alıb 500 AZN, Əlikramın oğlu- Ələkbərli Emin Ə. 48 ha alıb 2400 Ha.
2016-cı il üzrə: Malik Məmmədov 491 ha alıb 32200AZN,  Musayev Əlikram 71 ha alıb 6350AZN, Ələkbərli Emin 40 ha alıb 3620 AZN, Musayev İlyas 71 ha alıb 6390 AZN.
2017-ci il üzrə: malik Məmmədov 480 ha alıb 24000AZN,, Musayev əlikram 20 ha alıb 1824AZN, Musayev İlyas 13 ha  1210 AZN.
Xatırladaq ki, bələdiyyə sədri olmuş Əlikram Musayev və onun qohum qardaşına məxsus bütün torpaqlar M.Məmmədova 2006-cı ilin aprelin 2-də satıldığı halda o yenə də kağız üzərində dövlətdən guya torpaq əkməsi barədə yalan hesabat verməklə külli-miqdarda vəsaiti alıb mənimsəmişdir Hər ilə cəmi 1000 ha –a yaxın torpaqlar üçün Bunun yarısı Malik Məmmədova məxsus olub.
Digər fakt ondan ibarətdir ki, İbrahimov Eldar Qüdrət oğlunun və Həsənov Gülhəsən Əbülhəsən oğlunun adları Qurbançı icra nümayəndəliyinə formal daxil edilsələr də onlar bu kənddə heç vaxt yaşamayıblar. Onların da hər birinə 2015-ci ildən 168 ha və 64 ha formal torpaq sahələri yazılıb. Deyilənə görə bu adamlar Qobustan İH başçısına yaxın adamlardır. Və belə dost tanışların adına hər bir kənd üzrə formal torpaq sahələri yazılaraq külli-miqdarda dövlət vəsaiti mənimsənilmişdir.
24 may 2018-ci il tarixində Qobustan rayon İH başçısı cənab Adil Məmmədov kəndimizə gəlib bizimlə ayaqüstü görüş keçirmiş və bildirmişdir ki, axır ki, kişinin ( Malik Məmmədovu nəzərdə tutur) ürəyini partladıb öldürdünüz. Sonda o çoxlu sosial yönümdə kənddə görüləsi işlərdən danışıb çıxıb getmişdir. Ondan bir gün əvvəl isə Prezident Aparatından ərazi üzrə kurator gəlmiş və torpa sahələrini gəzib çıxıb getmişdir. Bu məmurları sağ olsunlar ki, şikayətimizə səs verib gəlib yerində yazdıqlarımızın doğruluğunu öz gözlərilə gördülər. DİN BİSTİ rəhbərliyi isə bizə formal cavablar verməkdədir.
Son məlumata görə keçmiş bələdiyyə sədri və hazırda kənd icra nümayəndəsinin müavini vəzifəsində işləyən əsərin qəhrəmanı Əlikram Musayev öna məxsus fermalardakı qoyun-quzusunu və danalarını satıb özünü xilas etməklə məşğuldur. Artıq 10 gündür ki, o hazırda yaşadığı evi də satışa çıxarıb canını qurtarmaq istəyir.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramovun bizə və Qobustan Rayon Kənd Təsərrüfatı İdarəsinə yazdığı 04 may 2018-ci il tarixli cavab məktubunda qeyd edilir ki, “Vəfat etmiş şəxslərə və digərlərinə məxsus torpaqların saxta etibarnamə əsasında Malik Xeyrulla oğluna satıldığı və istifadə olunmayan 526 ha əkin sahəsinə görə hər il 35-36000AZN vəsaitin dövlət yardımı adı ilə mənimsənildiyini və dəgər məslələri kimi qanunpozuntusu hallarının araşdırlıması xahiş edilir. Qaldırılan məsləyə aidiyyatı yerli qurumlarla birlikdə, müəllifin iştirakıilə qanunvericiliyə uyğun olaraq baxılması, nəticəsi barədə mümkün qısa vaxt ərzində ərizəçiyə və Nazirliyə məlumat verilməsi Sizə tapşırılır.”  Eyni məzmunlu 11 may 2018-ci il tarixli məktub Kənd Təsərrüfatı Nazırinin müavini cənab İlham Quliyev tərəfindən bizə və Qobustan Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsənağa Hüseynova həvalə edilsə də son 46 gündə bir addım belə atılmayıb.
Doğrudur, son 1 həftədə Qobustan rayon prokuroru kənddə Ə.Musayev barədə biz şikayətçıləri bir bir çağırıb izahat alıb işi araşdıracağını vəd etmişdir. Baxmayaraq ki, prokurorun dəflərlə Ə.Musayevin əməlində cinayət tərkibi olmaması barədə gəldiyi rəsmi qərara etiraz olaraq biz işin qonşu rayonlardan birində araşdırılmasını tələb etmişdik. Cənab İcra başçısı Adil Məmmədov da Ə.Musayevi saxta diplomlu birisi olduğunu etiraf edərək camaatın yanında onu danlamışdır. Amma hələ də Ə.Musayev Qobustan rayonunda bir dövlət qulluqçusu kimi saxta diplomuilə işini davam etdirməkdədir. Biz kənd cammatı bu adamın törətdiyi saysız-hesabsız cinayət faktlarına rəğmən nəyə görə bu qədər yüksək səviyyədə müdafiə olunmasının sirrini hələ çözə bilməmişik. Doğrudanmı, Qobustan boyda bir rayonda cənab icra başçısı Adil Məmmədov onu əvəz edəsi bir kadr tapa bilmir?
 Rəsmi dövlət orqanlarının bizə verdiyi məlumatdan o da aydın olur ki, Əlikram Musayevin qardaşı oğulları 2015-2017-ci illərdə İŞİD tərkibində Suriyada döyüşmüş və həlak olmuşlar. 
 İndi ümidimiz yalnız Dövlətimizin başçısı çoxhörmətli İlham Əliyevə qalmışdır. Biz istəyirik ki, rayonda uzun müddət dövlət vəsaitinin rayondakı Sizin etimad etdiyiniz himayədarların köməyilə talan etmiş və etməkdə davam edən başda Əlikram Musayev olmaqla korrupsiyalaşmış mütəşəkkil dəstənin qanunazidd hərəkətlərinə tezliklə hüquqi qiymət verilsin. Başqa heçnə.
İMZALAR:
1. Kamilov Kamal Nəbi oğlu,
2. Mirzəməmmədov Mehdibala Heybət oğlu,
3. Məcidov Sakit Mirbala oğlu,
4. Muradaov Oktay Muradxan oğlu,
5. Xalıqov Təbriz Babazadə oğlu,
6. Abdullayev Soltan Abdulla oğlu,
7. Yusifov Əzim Fətixan oğlu,
8. Hüseynov İbrahim Məhəmmədəli oğlu”.
 
Muxalifet.az
 
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.