Qobustan həbsxanasında vəziyyət DƏHŞƏTLİDİR - "Məhbusların həyatı təhlükədədir..." - MÜRACİƏT

Baxış sayı:
9574

Qarabağ Azadlıq Təşkilatının sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı Qobustan həbsxanasındakı ağır vəziyyət, həbsxana rəhbərliyinin qanunsuz hərəkətləri, məhbusların həyatlarının təhlükə altında olması ilə bağlı prezident İlham Əliyevə müraciət göndərib. Bu barədə QAT Mətbuat Xidməti məlumat yayıb.
Müraciətdə göstərilir: Ömürlük məhbus yaxınları və rəsmi nümayəndəsi olduğum məhbuslardan son zamanlar aldığım müraciətlərə əsasən Sizə məlumat vermək istəyirəm. Qobustan həbsxanasında cəza çəkən məhbusların saxlanma şəraitində yaranmış ciddi problemləri ilə bağlı toplantı keçirmiş, və Qobustan həbsxanasının rəisi Aftandil Ağayevin məhbus və onların yaxınlarına yaratdığı ciddi problemlər, dözülməz saxlanma şəraiti barədə məhbus yaxınlarından məlumat almışıq. Məhbus yaxınlarının çıxışlarından və məhbusların yazılı müraciətləri ilə tanış olduqda, həbsxana rəisi Aftandil Ağayevin dövlətimizin ali qanunlarından xəbərsiz olduğu təsəvvürü yaranır. Məhbus və məhbus yaxınları hazırda rəis tərəfindən məhbuslara qəsdən yaradılmış qarşıdurmanın hər bir məhbusun həyatına yaranan təhlükənin ağır nəticələrindən narahat olduqlarını bildirdilər. 23 il ömürlük cəza çəkən məhbusun anasının verdiyi məlumata görə, Qobustan həbsxanasında 1998-ci ildən bu günə kimi təyin olunan heç bir rəis bu dərəcədə çəkinmədən rüşvətxorluğa, kobud qanun pozuntularına yol verməmişdi! Ömürlük cəza çəkən məhbusların saxlanma şəraiti bu dərəcədə dözülməz olmamışdı! Aftandil Ağayev əvəllər cəzaçəkmə müəsssisələrindən birində (12 saylı) rəis olduğu zaman da eyni ilə məhbuslar işgəncələrə məruz qalmaqla yanaşı onun rüşvətxorluğuna kütləvi şəkildə etiraz etmiş və Aftandil Ağayev işdən çıxarılmışdı. Qobustan həbsxanasına rəis təyin edilən gündən eyni ilə məhbuslarla qeyri insani münasibətini daha qəddarlıqla davam etdirərək, hazırda da qəsdən məhbuslar arasında qarşıdurma yaradaraq onların həyatına yaranmış təhlükəni son həddə çatdırmışdır! Həbsxana rəisi Aftandil Ağayev həbsxananı öz qəddar, qeyri insani və öz qanunları ilə tənzimləyərək, həbsxananı şəxsi mülkiyyətə çevirmişdir! Ağayevin rəis təyin olduğu müddətdə səbəbi olmadan qapalı həbsxanada məhz imkansız məhbuslara əl ¬qandalı tətbiq edilməsi, qəbuluna gətirdiyi məhbusu 5 saata qədər, qolları ağrılı vəziyyətdə arxaya qandallayaraq, bəzən də qəbul otağının qarşısında olan dəmir boruya bərkidərək, yayda qızmar günəş altında, qışda şaxtada saxlamaqla məhbusa verdiyi iztirablara ad qoymaq mümkün deyil! Cüzi səbəbdən cəza tətbiq etdiyi məhbusu əvvəl kluba apararaq, şəxsən iştirakı ilə amansızlıqla döydürüb qollarını arxadan çarpayıya qandallayaraq, uzun müddət karsda saxlayaraq və daha çox şəxsi işgəncə vermə növlərinin tətbiqi məhbusun islah olunmaya yox, ölüm hökmü icrasına gətiriləcəyini hesab etmək olar! Son zamanlar ölən məhbusların sayına nəzər salsaq, ölüm hökmünün işgəncələrlə icra olunduğu anlamına gəlmək olar!

Beləki;
1.Məhbusların saxlandığı korpuslarda nəzarət kameralarının söndürülməsi nəticəsində,işgəncə və zorakılığa məruz qalmış məhbus barəsində,tabeliyində olan əməkdaşların iştirakı ilə saxta ittihamlar tərtib edilməyə şərait yaradılması;
2.Rusdilli azsaylı xalqın nümayəndələrinə öz dilində yazmağa, telefonla danışmağa qadağa qoyulması;
3.Məhbusların Dövlət başçısına, Baş Prokurora,Ombudsmana, əlaqədar nazirlik və idarə rəhbərlərinə, məhkəmələrə,vəkil və rəsmi nümayəndəsinə müraciətlərə senzura tətbiq edilərək, hüquqlarını müdafiə edən məhbusları cəzalandırıb, ərizə və müraciətlərinin ünvanlarına göndərilməməsi, məhbusların tam cəmiyyətdən təcrid olunub, konslaqer şəraitində saxlanılması;
4.Ömürlük məhbuslara uzaq rayonlardan yaxınlarının gətirdikləri sovqatları "qanuniləşdirmək üçün buraxılışa tərəzi qoyub qanunda nəzərdə tutulmuş 31 kq sovqatdan artığına küllü miqdarda pul alınması, eyni zamanda digər məhbuslara az qala tonlarla sovqatın problemsiz buraxılması, həbsxanadakı köşkdə isə eyni məhsullara nəqd pulla yüksək qiymətdə satılması, qanunamüvafiq qaydada məhbusun hesabına köçürülən məbləğdən istifadəyə qadağa qoyulması, həbsxanaya pul gətirən məhbus yaxınlarının növbədənkənar həbsxanaya buraxılması, görüş zamanı tələb etdiyi məbləğ, və görüşə gələn şəxslərin ciblərindəki pullarının saxlanılması üçün götürülməsi, görüşdən çıxan zaman isə müəyyən miqdarının mənimsənməsi, rüşvətxorluğunun həddi olmayan Ağayevin əsas gəlir mənbələrindən biridir;
5.Ağayevin həbsxanaya rəis təyin olunduğu gündən etibarən məhbusun öz vəsaiti hesabına təmir etdirməsi, və sonra isə nisbətən şərait yaratdığı kameranın, imkanlı məhbusa satılması;
6. ƏN-nin Penitensiar Xidməti rəisi cənab Mədət Quliyev təyin olunanda,bütün cəzaçəkmə müəssisələrində, eyni zamanda Qobustan həbsxanasında apardığı islahatlar nəticəsində bütün neqativ hallara son qoyulmuşdu. Lakin Mədət Quliyevin apardığı islahatlara, o, daha yüksək vəzifəyə təyin olunduqdan sonra son qoyularaq, daha sərt formada rüşvətxorluq və digər hallar geri qayıtdı! Onun Qobustan həbsxanasında apardığı islahatlar nəticəsində dələduzluq, rüşvətxorluq, həbsxanada qadağa qoyulmuş ev avadanlıqlarının yüksək qiymətdə satışı, məhbuslara işgəncələrin, sonda məhbusa mobil telefon satdığına görə işdən qovulmuş Adil Şirməmmədovu, həbsxanaya mülki şəxs qismində işə qaytararaq, onun cinayət xarakterli hərəkətlərinə etiraz etmiş məhbuslardan qisas almaq üçün şərait yaradıldığı, "bankir,cəllad" ləqəbləri qazanmış Adil, əslində keçmiş vəzifəsini icra edir. Kameraların yoxlanılmasında, məhbusların əşya və illərlə toplanıb, saxlanması icazəli olan sənədlərin konfiska edilməsində, məhbusun cəzalandırılmasında Şirməmmədovun fəal iştirak etməsinə şərait yaradılıb!
7.Məhbusların müayinə və yaxud müalicə üçün müalicə müəssisəsinə göndərilməsi də həkimlərin yox , məhz Ağayevin nəzarətindədir. O qədər də baha olmayan şəkər tozuna 1998-ci ildən bu günə kimi qadağa qoyulmamışdı! Ağayevin şəkər tozuna qadağa qoyması, bunu öz gəlir mənbəyinə çevirməsinin bir növüdür. Qidaların, və əsasən də çörəyin son dərəcə keyfiyyətsiz olduğu bildirilir.Qidalanmaya həkim nəzarəti olmadığı kimi, xəstə məhbusun həkimlə görüşməyə də imkanı yoxdur.
8.Məhbus dövlət tərəfindən təchiz olunmalı, Qobustan qayalarının istisinin qarşısının alınmasında istifadəsi zəruri olan zamanda Ağayev məhbusa gətirilmiş ventelyatoru, ümumən işlətmək üçün bir növ həbsxanaya hədiyyə edilən soyuducunun (1000 man tələb edib) pulsuz içəri buraxılmaması və sairə bu kimi davam edən qəddarlıqlar barədə dövlət başçısına məlumat vermək qərara alınmışdı!
.Ağayev Prezidentin 2017-ci ilin fevral ayında imzaladığı "cəzaçəkmə yerlərində məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması" barədə sərəncamına əhəmiyyət vermədən dövlətimizin ali qanunlarını pozaraq, həbsxananı gəlir mənbəyinə çevirmişdir. Ağayevin bu və digər cinayət xarakterli hərəkətləri barədə dəfələrlə əlaqədar nazirlik və idarə rəhbərlərinə, Dövlət başçısına müraciətlər edilsə də nəticəsiz qalmışdır.
10.Möhtərəm prezident, bu gün ən ağır şəraitdə ömürlük cəza çəkən məhbusların faciəli saxlanma şəraiti və hazırda həbsxana rəisi tərəfindən qəsdən məhbuslara yaradılmış qarşıdurma son həddə çatmışdır. Bu onların həyatına real təhlükədir! Həbsxananı növbəti dəfə gəlir mənbəyinə çevirmiş Ağayevin cinayət xarakterli hərəkətlərinə münasibət bildirməyinizi və araşdırılaraq, bu təhlükənin qarşısının alınmasına göstəriş verməyinizi xahiş edirik!