​"Qələbəni Neymara hədiyyə etmək istəyirik"

Baxış sayı:
3145

PSJ-nin baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 1/8 finalında "Real"la matç barədə fikirlərini bildirib.
Muxalifet.az-ın yaydığı xəbərə görə, o, Madrid klubu ilə matçda qələbə qazanmaq istədiklərini deyib: "Qələbəni Neymara hədiyyə etmək istəyirik. Buna bacaracağımıza inanırıq. Bir çox oyunçu "Real"la matçda iştirak etmək istəyir. Geridönüş edəcək gücdəyik".
O, zədə səbəbindən matçda iştirak etməyəcək Neymarın yoxluğunun hiss olunacağını vurğulayıb: "Neymar meydanda fərqli işlər görür. Amma biz başqa futbolçularla da qalib gələcəyimizə ümid edirik".
Qeyd edək ki, PSJ - "Real" görüşü martın 6-ı keçiriləcək. Bu komandalar arasında ilk oyunda Madrid klubu 3:1 hesabı ilə qalib gəlib.