"Qəlb sevir, beyin müəyyənləşdirir" – Qurd Aysunla sevgili olmasından danışdı

Baxış sayı:
586

Ötən gün “Maşın şou”-nun açar təqdim etmə mərasimində iştirak edən Qurd Aysunla sevgili olduğu iddialarına aydınlıq gətirib.

İfaçı yayılan iddialara BiG.AZ-a açıqlama verərək son qoyub. O bildirib ki, gələcəkdə nə olacağını bilmək olmaz:

“Biz Aysunla yaxın dostuq. Ona aşiq olub olmayacağımla bağlı heç nə deyə bilmərəm. Qəlbə əmr etmək olmaz. Qəlb sevir, daha sonra beyin müəyyənləşdirir ki, onu sevmək olar ya yox”.

Qeyd edək ki, Aysun İsmayılova uzun müddətdir sosial şəbəkədə səs-küy yaradan Qurdla sevgili olduğu iddialarına “Maşın şou”-nun iştirakçısı olarkən açıqlama gətirib. Müğənni Qurdla sevgili yox, ailə dostu olduqlarını söyləsə də, reper proqrama gül dəstəsi ilə gələrək Aysuna dəstək olub. Bu isə yayılan xəbərlərin təsdiqlənməsinə təkan verib. Daha sonra onların yeni mahnıları üçün bu addımı atdıqları bəlli olub.