Qızqaçırmaya görə cəza sərtləşdirildi: 10 ilə qədər həbs

Baxış sayı:
8836

Keçmiş ənənələrə əsaslanaraq, evlənmək üçün qız qaçırmağın cəzası ağırlaşdırıldı.
 
Qırğızıstanda zorla evlənmək üçün qız qaçırmağa görə müəyyən edilmiş cəza bir qədər də sərtləşdirilib.
Bu barədə məlumatı açıqlayan Qırğızıstanın “Dünya qadın bankı” hüquq-müdafiə təşkilatının lideri Gülsana Abıtovanın sözlərinə görə, qız qaçıranları artıq 7-10 ilə qədər həbs cəzası gözləyir.
Bundan başqa, həmin işə qol qoyanlar 200 min som (3 min dollar) məbləğində cərimə ödəməli olacaqlar.