“Qızlarını həkimə aparmırlar ki, görən olar, qız evdə qalar”

Baxış sayı:
17956

“Bizdə gənc qızları tibbi müayinədən keçirmək intihar kimi bir şeydir. Nə qədər qeyri-ciddi səslənsə də, valideynlər qızlarını həkimə aparmaqdan qorxurlar”. 
Muxalifet.az
xəbər verir ki, bu sözləri məşhur pediatr Vaqif Qarayev sosial şəbəkədə yazıb. Həkimin sözlərinə görə, heç oğlanlar da tibbi müayinəyə meyilli deyil:
“Ailələr düşünür ki, birdən görən olar, qız evdə qalar. Nəticədə bəzi ciddi xəstəliklər vaxtında aşkarlanmır. Xüsusilə də, son illərin bəlası-sonsuzluq. Ailə qurulur, tez də dağılır.
Kişi sonsuzluğu sürətlə artır. Bütün bəlaların baiskarı kimi ənənəvi olaraq qızları (gəlinləri) görürük. Ancaq səhv yanaşmadır. Oğlanlarda problemlər heç də az deyil.
VVAQ üçün olan məcburi müayinələr təqdir olunasıdır, amma spektr dardır. Yaxşı olar ki, elçilikdən, nişandan əvvəl gənclərimiz ailə chek up-ından keçirilsin, ciddi problemlər vaxtında aşkarlansın”.