Qızlarımız Ukrayna yığmasını məğlub etdi

Baxış sayı:
5407

Martın 8-də futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında növbəti yoldaşlıq oyunu keçirilib.
Muxalifet.az xəbər verir ki, oyundan əvvəl AFFA rəhbərliyi adından 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə hər iki komandanın üzvlərini təbrik edən baş katib Elxan Məmmədov onlara gül təqdim edib.
Bakı Olimpiya Stadionunda keçirilən matçda millimiz 2:0 hesabı ilə qalib gəlib.
Yığmamızın qollarını Sona Rəhimova və Birgul Çelik vurublar.
Qeyd edək ki, komandalar arasında martın 6-da keçirilmiş ilk oyunda millimiz 1:0 hesabı ilə qalib gəlmişdi.