​Qızlarımız ERMƏNİ SƏHİFƏSİNDƏ… - Azərbaycanlı aktrisadan ŞOK AÇIQLAMA

Baxış sayı:
9226

“Bu insanları heç anlaya bilmirəm. Niyə bu qədər aqressiv və kinlisiniz?! Niyə ayrılacaqlar, boşanacaqlar kimi fikirlər yazırsınız? Öncəgörənsiz? Gələcəyi görə bilirsinizsə, gedin, o bisavad başınıza bir çarə qılın. Allah ürəyinizə görə versin. Amin!”
Bu sözləri məşhur aktrisa, “Uçurum” serialının baş qəhrəmanı Ülviyyə Xəlilbəyli instaqramda yazıb. Həyat yoldaşı Murad İsmayılla fotolarına haqsız və yersiz yazılan tənqidlərdən təngə gəldiyini deyən ulduzun sözlərinə görə, xanım istifadəçilər hətta erməni səhifələrində onları pisləməyə başlayıb:
“Erməni səhifəsində məni pisləyəcək qədər axmaq qızlarımız var. Sizdən utanıram, öz səhifələrimizdə içinizin qurdların tökürsüz, bəs eləmir? Heç olmasa düşmən profilində özünüzü sıxıb saxlayın”.
Qeyd edək ki, aktrisa həmkarı və “Uçurum”dakı tərəf müqabili Murad İsmayılla tərəf müqabilidir./Publika.az