​Qızlara qarşı bunu etməyin - 9 maddə

Baxış sayı:
4339

Qız övladları ilə tez-tez, səhər yuxudan duranda, gecə yatmamışdan qabaq sanki böyüklə danışırmış kimi danışmaq lazımdır. Çoxlu-çoxlu qucaqlayın. 3 yaşa qədər doyunca öpün, emosional inkişafını təmin edin. Bəlli bir yaşdan sonra onun ən yaxın rəfiqəsi, dostu olmağa çalışın. Səmimi olmaqdan qorxmayın, qız uşaqları səmimiyyəti hər zaman dəyərləndirə bilir.
Muxalifet.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızlar Günü münasibətlə sosioloq Cavid İmamoğlu qeyd edib.
Cavid İmamoğlu aşağıdakı hərəkətlərin qız övladlarının tərbiyəsinə mənfi təsir etdiyini bildirib:
- Qız övladlarının başına, üzünə vurmayın. Ümumiyyətlə, uşağa əl qaldırmaq olmaz.
- Saçından dartmayın.
- Əllərinə oxlov ilə vurmayın.
- Çimdikləməyin, qulağını dartmayın.
- Əlinizdə bıçaq işləyərkən “gözünü çıxardaram” deyib hədələməyin.
- 12 yaşdan balacadırsa, heç bir zaman qapını çöldən bağlayıb, evdə tək qoymayın.
- Onu başqalarına verəcəyiniz ilə qorxutmayın.
- “İtin qızı” deməyin.
- Üstünə qışqırmayın.