"Qızımı bağ evinə apardılar, 4 kişi onu..." - Ömürlük məhkumdan ŞOK AÇIQLAMA

Baxış sayı:
10660

Antalyada 15 il öncə törətdiyi cinayətdən sonra saxta vəsiqə ilə qaçdığı Almaniyadan 4 ay əvvəl vətənə qayıtmağa cəhd edərkən yaxalanan Mahmut Yıldıza (60) hökm oxunub.
Muxalifet.az
Milliyet-ə istinadən xəbər verir ki, Mahmut Yıldız məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.
İttiham aktında Mahmut Yıldızın cinayət öncəsi qurbanın atası T. Direkçini bıçaqladığı, evini yandırdığını, olay günü də Mehmet Salih Direkçiyə avtomobilinin içində 7 dəfə atəş açaraq öldürdüyü məlumatları yer alıb.
İttihamları qəbul etməyən Mahmut Yıldız "Mehmet Salih Direkçinin atası mənə "Sənin başına elə bir iş gətirərəm ki, başını qaldıra bilməzsən" demişdi. İki ay sonra da qızımı yolda zorla avtomobilə mindirərək apardıqları bağ evində zorlayıblar. Qızıma 4 kişi eyni anda təcavüz edib. Bunu mənə o, özü söyləyib. Bir gün Mehmet Salih Direkçi mənə "Sən hələ də gəzirsən? Sənə gör nələr etdim, yetmədi, 4 kişi yenə yollayım? Sənsə hələ də Antalyada gəzirsən" dedi" ifadələrini işlədib.