“Qızım məntəqədən zor tətbiq edilməklə uzaqlaşdırılıb” - QUBAD İBADOĞLU

Baxış sayı:
3628

“Qızım Bayramova Jalə fiziki təzyiqlərə məruz qalıb”

“Bu gün 76 saylı Dairə Seçki Komissiyasının (DSK) Lənkəran rayonu Şürük kənd mədəniyyət evində yerləşən 16-cı məntəqəsində məşvərətçi səs hüququ ilə müşahidə aparan qızım Bayramova Jalə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 22.9-cu maddəsində nəzərdə tutulmuş hüquqlarını yerinə yetirərkən fiziki təzyiqlərə məruz qalmış və məntəqədən zor tətbiq edilməklə uzaqlaşdırılmışdır”.

Bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu bildirib.

Gubad Ibadoglu adlı şəxsin şəkli.

“Təqsirkarların müəyyən edilib, cəzalandırılmasını tələb edirəm”

Q. İbadoğlunun sözlərinə görə, bununla əlaqədar olaraq, Jalə Bayramova zərərçəkən qismində yerli polis şöbəsinə müraciət etsə də, hələ də zəruri tədbirlər görülməyib: “Odur ki, Jalə Bayramovanın məruz qaldığı fiziki təzyiqin və çəkdiyi mənəvi iztirabların qanuna müvafiq sürətdə araşdırılmasını, təqsirkarların müəyyən edilib, cəzalandırılmasını tələb edirəm. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Prezident Adminstrasiyasına, Daxili İşlər Nazirliyinə və Mərkəzi Seçki Komissiyasına rəsmi müraciət etmişəm, cavab gözləyirəm. Eyni zamanda bildirmək istəyirəm ki, Jalə hazırda məntəqədədir, məşvərətçi səs hüququ ilə fəaliyyətini sonadək davam etdirmək niyyətindədir”.

 Şamo EMİN,
Hurriyyet.org