“Qızıl oğlan” mükafatına namizəd FUTBOLÇULARIN ADLARI AÇIQLANDI

İtaliyanın “Tuttosport” nəşrinin verdiyi mükafatı qazanmağa 3 iddiaçı var
Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatına namizədlər açıqlanıb..
"Goal.com" xəbər verir ki, İtaliyanın “Tuttosport” nəşrinin verdiyi mükafatı qazanmağa 3 iddiaçı var.
Bunlar Fransa yığmasının üzvləri – Killyan Mbappe (PSJ) ilə Usman Dembele (“Barselona”) və Braziliya millsinin futbolçusu Qabriel Xesusdur (“Mançester Siti”).
Mükafatın sahibinin adı oktyabrın 23-də açıqlanacaq.
Qeyd edək ki, 2016-cı ildə “Qızıl oğlan” mükafatına Portuqaliya millsinin üzvü Renatu Sanşeş layiq görülüb.