Qızıl mədənində axtarış dayandırıldı - 4 metrlik dalğa onlarla mədənçini suya qərq edib…

Baxış sayı:
8096

Rusiyanın “Danışır Moskva" radiostansiyasının “Telegram” kanalından verilən məlumata görə, Krasnoyarskda bəndin qırılması nəticəsində qızıl mədənçilərin həlak olduğu yerdə axtarış əməliyyatı gecə düşdüyü üçün dayandırılıb. Muxalifet.az "İnterfaks" a istinadən xəbər verir ki, Moskva ilə Krasnoyarsk arasındakı vaxt fərqi dörd saat olduğundan, qeydin dərc edildiyi anda saat 19:30 olub. Bildirilir ki, 4 metrlik dalğa qızıl mədənçilərinin yataqxanasını su ilə ördüb, onlarla adam suya qərq olub. Hazırda altı nəfərin taleyi məlum deyil. Əvvəllər itkin düşmüş hesab olunan yeddi nəfər sağ tapılıb. Ölənlərin siyahısında 15 nəfərin adı var. Qəzada ölənlərin sayı artıb. Bəndin uçmasının nəticələrinin aradan qaldırılması işində 300-ə yaxın adam, altı Mi-8 helikopteri, həmçinin kater iştirak edib. Şetinkino yaşayış məntəqəsində - qəza baş vermiş yerin yaxınlığında zərərçəkənlərin müvəqqəti yerləşdirilməsi məntəqəsi fəaliyyət göstərir. Krasnoyarsk Diyarı hökuməti oktyabrın 21-ni həlak olanların hüzn günü elan edib. Krasnoyarsk rəsmiləri bildirib ki, tikinti texniki qaydalar pozularaq kustar üsulla inşa edilib və rəsmi qeydiyyata alınmayıb. RF Cinayət Məcəlləsinin 216-cı maddəsi ("ehtiyatsızlıq üzündən iki və daha çox şəxsin ölümünə səbəb olan işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması") ilə cinayət işi açılıb. Muxalifet.az