​Qızıl-gümüş bazarında vəziyyət necədir?

Baxış sayı:
5950

Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, noyabrın 20-də qızılın qiyməti noyabrın 19-u ilə müqayisədə 4,471 manat artaraq 1 unsiya üçün 2078,1055 manat təşkil edib.
Gümüş 0,0142 manat bahalaşaraq 1 unsiya üçün 24,4588 manata bərabər olub.
Platinin qiyməti 12,988 manat artaraq 1448,519 manat, palladiumun qiyməti isə 26,3415 manat azalaraq 1984,546 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.