Qızıl-gümüş bazarında qiymətlər ucuzlaşır

Baxış sayı:
3163

Aprelin 24-də Azərbaycanda qiymətli metallar ucuzlaşıb.
Muxalifet.az "Trend"ə istinadən xəbər verir ki, qızılın qiyməti aprelin 23-ü ilə müqayisədə 12,988 manat azalaraq 1 troy unsiyası üçün 2255,339 manat təşkil edib.
Gümüş 0,6679 manat ucuzlaşaraq 1 unsiya üçün 28,373 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 10,353 manat azalaraq 1566,397 manat, palladiumun qiyməti 79,8915 manat azalaraq 1677,4835 manat təşkil edib.