​Qızıl bahalaşdı, gümüş isə ucuzlaşdı

Baxış sayı:
9523

Mayın 24-də Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.
Muxalifet.az trend-ə istinadən xəbər verir ki, qızılın qiyməti mayın 23-ü ilə müqayisədə 4,8535 manat artaraq 1 troy unsiyası üçün 2201,9335 manat təşkil edib.
Gümüş 0,1883 manat ucuzlaşaraq 1 unsiya üçün 27,9596 manata bərabər olub.
Platinin qiyməti 2,0145 manat artaraq 1542,376, palladiumun qiyməti 18,615 manat azalaraq 1666,765 manat təşkil edib.