Qızı ilə yatdığım üçün məni heyətə salmırdı - MY-nin keçmiş futbolçusu

Baxış sayı:
511

"Kristal Pelas"ın futbolçusu Vilfrid Zaha "Mançester Yunayted"də olduğu zaman əsas heyətdə oynadılmamasının səbəbini açıqlayıb.

Muxalifet.az komanda.az-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu "qırmızı şeytanlar"la 2 mövsümdə cəmi 4 oyunda əsas heyətdə meydana çıxmasına səbəb, baş məşqçi David Moyesin qızı ilə münasibətdə olmasının olduğunu deyib:

"O vaxt Moyes qızı ilə yatdığım üçün məni heyətə salmırdı. Ancaq klubda heç kim məsələnin nə cür olduğunu anlamaq istəmirdi. Bu iblislərlə tək özüm mübarizə aparmalı idim. 19 yaşım var idi və Mançester şəhərində tək yaşayırdım. Digər futbolçulara maşın verilmişdi, ancaq mənə vermədilər. Bütün bunlar məni daha da güclü edirdi".

 

Zaha 2015-ci ildə "Mançester Yunayted"dən "Kristal Pelas"a transfer edilib.

25 yaşlı forvard cari çempionatda 4 oyunda iştirak edib və 3 qol vurub.