Qızcığaz Ərdoğandan ürək istədi

Baxış sayı:
6274

Türkiyədə Manisadakı bir fabrikin açılışı zamanı prezident Rəcəb Tayyib Ərdoğan ilə tanış olaraq söhbət etmə imkanı tapan kiçik qızcığaz Cemrə Yılmaz, Anadolu Agentliyinə verdiyi açıqlamada, süni qəlb vasitəsilə yaşadığını, döşündə daşımaq məcburiyyətində olduğu mexanizm səbəbilə məktəbə gedə, sosial həyata qarışma bilmədiyini söyləyib.
 
Sağlamlığına qovuşması üçün ürək nəqlinin vacib olduğunu ifadə edən Yılmaz, vəziyyəti ilə yaxından məşğul olan AK Partiya Manisa təşkilatının sədr müavini Güzin Pekiyi-nin bir səfəri zamanı onu prezident Ərdoğan ilə görüşdürəcəyini söylədiyini ifadə edib.
 
ƏRDOĞANI ÇOX SEVİRƏM
 
Ərdoğanı çox sevdiyini, xəyalının onunla tanış olmaq olduğunu bildirən Cemrə Yılmaz, görüş zamanı çox həyəcanlandığını deyib.
 
 SADƏCƏ ÜRƏK İSTƏYİRƏM
 
Vəziyyəti ilə yaxından maraqlanan prezident Ərdoğanın onu həkimi ilə görüşdürəcəyini deyən Cemrə Yılmaz, bunları söyləyib: "Çox xoşbəxt oldum. Prezident ilə görüşmək xəyalım idi, onu həmişə televiziyadan izləyirdim. Əlini öpmək xəyalım idi, birlikdə şəkil çəkdirdik. Prezident Ərdoğan mənə necə olduğumu, bir ehtiyacım olub olmadığını soruşdu. Mən də yalnız ürək istəyirəm, öz həqiqi qəlbimin olmasını istəyirəm, süni ürəklə yaşamaq istəmirəm, dedim. Həkimlə də əlaqədəyik, bizimlə məşğul olurlar".
Cemrə Yılmaz sağalandan sonra təhsilini başa vuracağını, tibb fakültəsinə gedərək ürək həkimi olmağı və özü kimi qəlb xəstəsi uşaqlara yardım etməyi xəyal etdiyini sözlərinə əlavə edib.
Yunus Yılmaz da qızı Cemrənin məlumatlarını və xəstəlik hesabatlarını prezident rəsmilərinə təqdim etdiklərini dilə gətirərək, “İnşallah nəql üçün gözəl xəbər yaxında gələr” deyib.
Müxalifət.az