Qız uşaqlarını zorlayanlardan “qadın bəyannaməsi”

Baxış sayı:
8545

PKK-nın içindəki "cinsi istismar hadisələri" yaxalanan və ya terror təşkilatından qaçan terrorçuların bu il verdiyi ifadələr yenidən gün üzünə çıxarkən terror təşkilatının siyasi qolu olan HDP-nin 31 mart bələdiyə seçkiləri üçün qadın hisslərini istismar etməsinə Türkiyənin daxili işlər naziri Süleyman Soylu təpki göstərib.
 
 HDP-nin seçki bəyannaməsində yer alan “Qadınlarla birlikdə mütləq qələbəyə nail olacağıq" şüarına təpki göstərən Soylu, sosial mediada yazdığı açıqlamada, “Qız uşaqlarına təcavüz edənlərdən Qadın Bəyannaməsi” deyə qeyd edib.
 
BİR QADIN ÜÇÜN QƏNDİL TƏCAVÜZ DEMƏKDİR
 
Ən son 28 dekabr 2018-də PKK-dakı “cinsi istismar hadisələri" terror təşkilatından qaçan qadın terrorçuların ifadələrinə yansımışdı. Qadın terrorçulardan Y.S. etiraflarında belə yazmışdı: "Bir qadın üçün Qəndil təcavüz anlamına gəlit. Qəndildə qadın PKK-lıların istədiyi kimi istifadə etdiyi bir alətdir. Sözdə rəhbər heyətin cinsi azğınlığı qadınla da məhdud deyil. Suriyadan qaçırılıb, gətirilən uşaqlara belə təcavüz edirlər" deyib.
Müxalifət.az