Qız ata evindən oğurluq etdi - BAKIDA

Baxış sayı: 94

Bakının Nərimanov rayonunda baş verən oğurluğun üstü açılıb.
 
Bu il aprel ayının 15-dən iyunun 14-dək olan müddətdə Nərimanov rayonu ərazisindəki mənzillərdən birindən naməlum şəraitdə 12.000 manat pul və 4.000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin qızı saxlanılıb və izahatı alındıqdan sonra buraxılıb.