Qız anasına stəkanla xəsarət yetirdi - BAKIDA

Baxış sayı: 93

Başından xəsarət alan qadın 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
 
Bakıda qoca qadın qızı tərəfindən döyülüb.
Hadisə Xəzər rayonunda baş verib.
Belə ki, Buzovna qəsəbəsi, Bünyatov küçəsi 6 A ünvanında yaşayan 1936-ci il təvəllüdlü Quliyeva Rəhilə Şükür qızı övladı ilə mübahisə edib. Nəticədə R.Quliyevanın qızı stəkanla anasının başına zərbə vurub. Başından xəsarət alan qoca qadın 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.