​Qiymətli kağızlar bazarı 6,2 milyarddır

Baxış sayı:
3295

2018-ci ilin I rübü ərzində qiymətli kağızlar bazarında 6.2 mlrd. manat həcmində əməliyyat aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.
Muxalifet.az-ın Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi xəbərə görə, əməliyyatların 48%-i (3 mlrd. manat) ilkin bazarda, 52%-i (3.2 mlrd. manat) isə təkrar həyata keçirilib.
Törəmə maliyyə alətləri üzrə 2.6 mlrd. manat həcmində əməliyyat baş tutub ki, onun da 90%-i (2.3 mlrd. manat) valyuta əsaslı fərq müqavilələrin payına düşür.