​Qiyamçıların daha bir vertolyotu vuruldu – TÜRKİYƏDƏ

Bu gün Türkiyə respublikasında dövlət çevrilişi etməyə cəhd göstərən qiyamçıların daha bir vertolyotu vurulub. “Röyters” informasiya agentliyi yazır ki, insident, “Türksat” peyk yayımı binasına hücum zamanı baş verib.
Birinci vertolyot iyulun 16-na keçən gecə, F-16 qırıcısı ilə Ankara səması üzərində vurulub. Xəbər verildiyinə görə, çevriliş tərəfdarları bir neçə vertolyotdan istifadə edirlər. Dövlətə sədaqətli qüvvələr onları məhv etməyə hazır olduqlarını bəyan ediblər.