Qısa şort geyinən qızı sürücü avtobusdan düşürdü - Çox qısa geyinmisən - FOTO

Baxış sayı:
12909

İsveçdə gənc bir qadını avtobus sürücüsü "Çox açıq geyinmisiniz" sözləri ilə acılayaraq avtobusdan düşürüb.
Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, Malmödə yaşayan 19 yaşlı Amanda Hansson hava çox isti olduğu üçün belə geyindiyini deyib. Avtobusa minən qız oturmaq üçün yer axtararkən sürücü tərəfindən ön qapıya doğru çağırılıb. 
Sürücü Amandanı qolundan tutaraq avtobusdan aşağı salıb. 
İctimai qınağa səbəb olan sürücünün bu hərəkəti İsveçdə böyük səs-küyə səbəb olub.
Nəqliyyat vasitəsinin aid olduğu şirkət rəsmiləri sürücünün davranışında hər hansı bir siyasi və dini ayrı-seçkiliyin olmadığını bildirərək baş verən anlaşılmazlığa görə üzr istəyiblər