​Qış Olimpiya Oyunlarının daha bir iştirakçısı DOPİNQ QURBANI OLDU

Baxış sayı:
3523

Cənubi Koreyanın Pxençxan şəhərindəki Qış Olimpiya Oyunlarında iştirak edən daha bir idmançıda dopinq aşkarlanıb.
Muxalifət.az xəbər verir ki, bu Sloveniya millisinin kişi xokkeyçisi 30 yaşlı Jiqa Eqliçdir.
Onun analiz nəticələrində fenoterol maddəsi aşkar edilib. İdmançı yarışlardan kənarlaşdırılıb və Olimpiya Kəndini tərk etmək üçün ona 3 gün vaxt verilib. 30 yaşlı hücumçunun cəzası Olimpiada başa çatdıqldan sonar veriləcək.
Jiqa Eqliç Qış Olimpiya Oyunlarında Sloveniya millisinin heyətində 3 oyun keçirib və bir qol vurub. Bu komanda hazırda "pley-off" mərhələsində Norveç yığması ilə qarşılaşır.
Qeyd edək ki, daha öncə körlinq növü üzrə bürünc medal qazanan rusiyalı idmançı Aleksandr Kruşelnitskinin B dopinq-testi də müsbət nəticə vermişdi. Həyat yoldaşı Anastasiya Brizqalova ilə birlikdə iştirak edən Aleksandrın cəzası barədə hələ ki, qərar verilməyib.