​Qış Olimpiya Oyunlarında QALMAQAL - Rusiya bayrağı qaldırıldı

Baxış sayı:
3508

Cənubi Koreyada keçirilən 2018 Qış Olimpiya Oyunlarında ilk qalmaqal yaşanıb.
Muxalifət.az xəbər verir ki, rusiyalı idmançıların yalnız müstəqil şəkildə qatılmasına icazə verilib. Beləliklə, onlar öz ölkələrinin bayrağını qaldıra bilməyib.
Ancaq amerikalı bir gənc azarkeş dünənki açılış mərasimində Rusiyanın bayrağını qaldırıb. Bu azarkeşin Oakland şəhərindən Filip Vahuda adlı bir gənc olduğu ortaya çıxıb.
“Russia Today”-ə (RT) açıqlama verən gənc Rusiyanı dəstəkləmək istədiyini etiraf edib: “Çünki Viktor An və Anton Şipulin kimi idmançıların oyunlara gönədrilməsinə icazə verməli idilər. Onların burada olması vacid idi”.