Qırmızı bülletenlə axtarılan iranlı reper İstanbulda tutuldu

Baxış sayı:
4150

Ölkəsində qırmızı bülletenlə axtarılan iranlı reper Əmir Hüseyn Məqsudlu İstanbulda saxlanılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, narkotikdən istifadəyə təşviqetmə cinayətinə görə axtarışda olan Maqsudlu 2019-cu ilin iyulundan Türkiyədə yaşayışmış. Onun viza müddəti bitsə də, qanunsuz şəkildə İstanbulda yaşamağa davam etdiyi məlum olub.

Hazırda Əmir Hüseyn polis bölməsində dindirilir.