“Qırmız Beretlilər” Afrində əməliyyata başladı: QULDUR DƏSTƏSİ TƏSLİM OLDU

Baxış sayı:
1627

Türk Xüsusi Təyinatlı Qüvvələrinə bağlı birliklər ilə onlara dəstək verən Azad Suriya Ordusunun (ASO) qüvvələri dünən sübh çağı “Zeytun Budağı” Hərəkatı ilə PYD/YPG-dən təmizlənən Afrində xalqa zülm və qəsb edən cinayət şəbəkəsinə qarşı əməliyyata başlayıb.
 
ƏMƏLİYYAT KEÇİRİLİB
 
Regiondakı təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) dəstəyi ilə Azad Suriya Ordusunun (ASO) yerli qüvvələri, Afrində xalqa zülm edən, oğurluq, qəsb və cinayət fəaliyyətləri həyata keçirən təxminən 300 nəfərlik Abu Havlə və Əhrar El Şarkiyə cinayətkar qrupuna qarşı hərəkətə keçib.
 
TƏSLİM OLDULAR
 
Öncə ASO döyüşçüləri tərəfindən aparılan əməliyyat, cinayət şəbəkəsinin şəhər içərisindəki qərargah binasında və ətrafında mülki əhalini canlı qalxan olaraq istifadə etməsi səbəbindən ləng davam edib.
Ancaq Türkiyənin Xüsusi Təyinat Qüvvələrinə məxsus “Qırmız Beretlilər” əməliyyata müdaxilə edəndən qısa müddət sonra cinayətkar dəstə, Afrin şəhər mərkəzində iki nöqtədə sıxışdırılıb. Mülki əhali dərhal təxliyə edilib, cinayətkarlar isə qərargah və saxlandıqları tunellərdə silahı ataraq təslim olublar.
Müxalifət.az