​Qırğızıstanın yeni prezidenti Atambayevə fəxri ad verdi - İLK FƏRMAN

Qırğızıstanda 15 oktyabr tarixində keçirilən prezident seçkilərində səs çoxluğu ilə birincilik əldə edən Sooronbay Xenbekova bu gün postunu təhvil alıb.
Muxalifət.az xəbər verir ki, S.Xenbekov Bişkekdə keçirilən inauqurasiyası zamanı sabiq prezident Almazbek Atambayevə "Ak şumkar" ("Ağ şahin", Respublika Qəhrəmanı) fəxri adı verəcəyini deyib:
“Mən sizi Qırğızıstan və qırğız xalqı üçün fədakar xidmətlərinizə, müdrik və uzaqgörən siyasətinizə görə "Ak-Şumkar" fəxri adına layiq bilirəm. Bu rütbə sizin hakimiyyətiniz illərindəki xidmətlərin mükafatıdır”.
S.Xenbekov qeyd edib, bu onun Qırğızıstan prezidenti postunda ilk fərmanı olacaq./publika.az/