Qırğızıstan prezidentindən Nazarbayevə İTTİHAM

Qırğızıstan Prezidenti Almazbek Atambayev Qazaxıstanı ölkənin daxili işlərinə müdaxilədə ittiham edib.
 
Atambayev ittihamlarını dövlət mükafatlarının təqdimatı zamanı səsləndirib. Onun sözlərinə görə, Qazaxıstan daha çox 15 oktyabrda baş tutacaq prezident seçkisinə müdaxilə edir:
“İstənilən halda ədalətli seçki keçirəcəyəm. Anlayıram ki, Qazaxıstan niyə bizə öz namizədini sırımağa çalışır. Onlar Qırğızıstanın eks-prezidenti Bakiyevi sevirlər. Bakiyev indiyə qədər bayramlarını Qazaxıstanda keçirir. Qırğızıstanın demokratiyası bizim qonşularımızın xoşuna gəlir. Alma-Atanın ümumdaxili məhsulu bizdən 5 dəfə, Qırğızıstandan 8 dəfə çoxdur. Niyə Qazaxıstanda təqaüdlər Qırğızıstandan 10 dəfə yox, cəmi 1,5 dəfə çoxdur? Ona görə ki, Qazaxıstanın zənginliyini oğurlayırlar”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Atambayev hakimiyyətinin ən böyük rəqibi sayılan Omurbek Babanov Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşüb. Bişkek bu görüşü xəyanət adlandırıb. Rəsmi Astana isə Babanovla bərabər Atambayevin prezidentliyə öz namizədi olan Soronbay Jenbekovla görüşdüyünü də bəyan edib.
Atambayev bir müddət öncə məhz Babayevin tərəfdarlarına qarşı həbslər həyata keçirmişdi./axar.az