Qırğızıstan prezidenti istefa verdi

Baxış sayı:
1326

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov istefa verib.

“Report” xəbər verir ki, məlumatı “24.kg” yayıb.

Bildirilib ki, prezident istefasını parlament tərəfindən namizədliyi oktyabrın 14-də təsdiqlənən yeni baş nazir Sadır Japarova müzakirə edib. Müzakirədən sonra Jeenbekov bu gün istefa verib.

Qeyd edək ki, Sooronbay Jeenbekov 2017-ci il noyabrın 24-də seçilmişdi.